Heey. Salam ^_^

Heey. Salam ^_^

15.07.2015

"Qəhrəman" 1ci bölüm

 
Tez- tez nəfəs alırdım. Əllərimi ovuşdurub həyəcanla yola baxırdım. Onda ağlıma gəldi ki dəftəri açıb baxım. Bəlkə boşdur? Bu qədər həngaməni boş dəftərə görə qoparmayım?...
 
Sizə həyatımı və düşüncələrimi dəyişən biri haqqında hekayə danışmaq istəyirəm. Adı Qəhrəmandı. Mən onu son gördüyümdə qara kirpikləri yumulmuşdu.
Keçən yay istirahət üçün Gəncədən Bakıya gedirdim. Avtobusla getməyi heç sevməsəm də qatara bilet tapa bilməyib, məcbur avtobusa bilet aldım. Öz sıra nömrəmə baxıb yerimi tapdım. Pəncərə kənarına düşdüyümə görə sevindim. Avtobus yola düşürdü ki, bir gənc də gəldi. Öz yerini tapıb yanımda oturdu. Biz heç bir-birimizə fikir vermədən oturmuşduq. Gecə olmuşdu, məni yuxu tutmurdu deyə başımı pəncərəyə söykəyib , uzandıqca uzanan yola baxırdım.
O isə qulaqcıq taxıb yatmışdı.
Beləcə Bakıya səhər lap tezdən gəlib çatdıq. Sakitcə yığışmağa başladım. Qəhrəman isə məndən əvvəl  hazırlaşıb getmişdi. Telefonum cibimdən yerə düşdü, əyildim ki götürüm, yerdə qalın, üzü qapaqlı dəftər tapdım. Qeyd ya da iş dəftərçəsinə bənzəyirdi. Dəftərin ciddi görkəmi məni əmin etdi ki, içində nəsə sıxıcı şeylər var. Ağlıma gəldi ki dəftər yanımda oturan gəncə aid ola bilər. Bilmirəm , başqası olsa nə edərdi , amma mən o dəftəri ona qaytarmağı o an borc bilirdim. Tez- tələsik avtobusdan düşüb, o yan bu yana boylandım. Bu anda "Xanım bacı, hara gedirsiniz?"   "Bacı 2 manata hara istəyirsiz aparaq" deyə taksi şoferləri ətrafımı sardı. Zorla izdihamı yarıb , axtarışa davam etdim. Birdən gözümə tanış qaraltı dəydi. Odur, taksiyə minir deyə yerimdən atılıb , ona tərəf yüyürdüm . O vaxt yolun ortasında olduğumu, siqnallayan şoferləri, avtobusda qalmış çamadanımı unutmuşdum. Nə qədər möhkəm qaçsam da çata bilmədim. Taksiyə minib getdi. Yox , bunu belə qoymaq olmaz deyə mən də bir taksi tutub, dedim ki, arxasınca sürsün. Taksi şoferinə arxayın olub, yavaş -yavaş sakitləşdim. Niyə bu qədər həyəcanlanmışdım, heç bilmirəm. Adrenalin qanımı qaynatmışdı Tez- tez nəfəs alırdım. Əllərimi ovuşdurub həyəcanla yola baxırdım. Onda ağlıma gəldi ki dəftəri açıb baxım. Bəlkə boşdur? Bu qədər həngaməni boş dəftərə görə qoparmayım?...

Hiç yorum yok: