Heey. Salam ^_^
16.09.2014
“HOST” üzvü: “Kimlərinsə aqressiv hərəkətlərinə görə məsuliyyət daşımırıq” – MÜSAHİBƏ
Rep, populyarlıq və siyasət – HOST-un üzvləri Qaraqan (Elxan Zeynallı), Aid (Orxan Zeynallı) və Promete (Pərviz İsaqov), həmçinin qrupun prodüseri Emin Əfəndi ilə söhbətə bu üç mövzunun kəsişmə nöqtəsindən başlayırıq. Fikirləri eyni olduğundan hamısının adından Emin Əfəndi Lent.az-a danışır:
- HOST - Biz musiqi ilə məşğuluq, siyasətlə yox.
- Amma eşitdik siyasi xarakterli bəyanatla çıxış etmisiniz? Rep səhnəsindən siyasət səhnəsinə keçid səbəbsiz olmayıb yəqin?
- Məşhur fikir var – sən siyasətə qoşulmasan da, siyasət sənə qoşulacaq. Bu dəfə də siyasət bizə qoşuldu. Səbəb o oldu ki, ayrı-ayrı müxalif fikirli insanlar bizdən “faydalanmaga” çalışdılar. Kimlərsə nəyəsə etiraz edəndə bizim adımız yazılan maykaları geydilər. Adımız hallandı. Nəyə görə? İstəyirik, bizi doğru başa düşsün fanatlar. Bizim heç bir şeydən qorxumuz-ürkümüz yoxdur. Sadəcə, kimsə öz məqsədi üçün bizdən istifadə edirsə, artıq buna yol verə bilmərik. Elə çıxır, sabah bir başqası ağlına gələn başqa bir iş görəcək, məsələn, ev yaracaq, nə bilim, iğtişaş törədəcək, bu zaman bizim maykamızı da geyəcək ki, məsuliyyətini bizimlə bölüşsün? Xeyir ola? Hər kəs öz əməlinə özü cavab verməlidir. Bizdən xəbərsiz bizi qullanmaq mümkün iş deyil. Ayrı-ayrı bölgələrdən bəzən məlumat alırıq ki, filan yerdə “host”cular belə dedilər, filan yerdə elə hərəkət etdilər. Qardaşlarım, kimsə bizim adımız yazılan maykalarda nəsə edirsə, buna biz cavabdeh deyilik. Kimsə bizim fəlsəfi mətnləri hərfi qəbul edib aqressiv hərəkət edirsə, biz buna məsuliyyət daşımırıq. Belə əməllərinin şəxsən bizimlə bir əlaqəsi yoxdur axı.
- Ona görə siyasətə qoşuldunuz?
- Biz nə partiyayıq, nə hərəkat, mahnılarımız və dinləyicilərimiz var. Bizi 80 yaşlı ağsaqqal da dinləyir, 14 yaşlı gənc də. Bizə yüksək vəzifəli məmurun övladı da pərəstiş edir, yurdu-yuvası olmayan bomj da. Biz sevgiyə sevgiylə cavab veririk. Müəyyən qüvvələr bizi siyasətə qatmaq istəyəndə isə sadəcə qərara gəldik ki, öz siyasi görüşlərimiz barədə bəyanat verək. Biz Azərbaycanda sabitliyi pozmaq istəyən hər hansı qüvvənin əlində siyasi alətə çevrilmək istəmirik. Hansısa qaragüruhun çirkin niyyətlərinə çatması üçün bizim populyarlığımızdan, pərəstişkarlarımızdan istifadə etməsinə də yol verməyəcəyik. Bizim bəyanatımız, cəmiyyətə ünvanladığımız mesaj bundan ibarətdir ki, HOST həmişə Azərbaycan dövlətçiliyinə xidmət edib, indən belə də yalnız Azərbaycan dövlətçiliyinə xidmət edəcək. Hər bir gənc kimi biz də ölkədə gedən quruculuq işlərini, böyük inkişafı görürük, ölkəmizin gələcəyinə inanırıq. Biz Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin yeritdiyi siyasəti dəstəkləyirik. Azərbaycanın uğurlu bu günü, möhtəşəm gələcəyi məhz İlham Heydər oğlu Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin başladığı işlər indi müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanın daxili və xarici siyasətinin təntənəsi göz qabağındadır. Görülən bütün işlər Azərbaycan vətəndaşının gələcəyi naminə, ölkəmizin qələbəsi naminə həyata keçirilir.
- Amma replərinizdə tənqidi məqamlar da olub.
- Biz dövləti yox, cəmiyyəti tənqid eləmişik. Narkomaniyadır, rüşvətxorluqdu, içki düşkünlüyüdür, məmur özbaşınalığıdır, əxlaqsızlıqdır – bu halları dövlət də pisləyib, biz də pisləmişik. İndi isə yaradıcılığımızda yeni mərhələyə keçid edirik. Tam fərqli, tam orijinal.
- Pərəstişkarlarınızı itirməkdən qorxmursunuz bəs?
- Niyə itirməliyik ki? Əksinə, HOST pərəstişkarlarının sırası bir az da genişlənəcək.
- Bayaq söylədiniz ki, tam fərqli, tam orijinal mahnılarınız olacaq...
- Yeni albomumuzda sevgi və nifrət, xeyir və şər, olum və ölüm kimi əbədi və bəşəri, fəlsəfi mövzulara toxunacağıq. Siyasətə gəlincə, bir daha deyirik ki, biz dövlətimizin, vətənimizin firavan gələcəyinə inanırıq. Bu gələcəyi təmin edə bilən yeganə siyasi qüvvə isə İlham Əliyev və onun məsləkdaşlarıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder