Tiffanidə səhər yeməyi
-Oh, Holly. Necəsən əzizim? Hazırsanmı?
-Fred!-deyə sevinclə qışqırdı və adamın boynuna sarıldı- Mən bu gün ən xoşbəxt qadın kimi hiss edirəm. Əlbətdə, indi şlyapamı da götürüm və getməyə hazır olacam.
-Holly, sən həmişəki kimi şən və həyat dolusan. Amma mən bilmək istəyərdim bu gülüşün arxasında nə gizlənir.
-Əziz Fred, sən boş şeylərə görə çox düşünürsən. Əgər çox maraqlıdırsa ancaq onu deyə bilərəm ki, hamı bir cür mübarizə aparır. Mən isə həyata gülümsəməyi sevirəm. Ah, aman tanrım Fred, sən çox çərənçi olmağa başlayıbsan və məni də buna sövq edirsən. Qonaqlıq sadəcə 20 dəqiqə sonra başlayacaq və bizim hələ xeyli yolumuz var. Əlbətdə gözəl miledilər başqalarını gözlətməyi sevirlər ancaq məncə cənab və xanım Green bunu heç də xoş qarşılamazlar, üstəlik mən belə şeylər üçün artıq çox qocayam.
-Sən özünə haqsızlıq etməyi necə də yaxşı bacarırsan. Çalış bu sözləri başqalarının yanında da təkrar etmə xaiş edirəm. Axı hamı səni özünə olan güvənin və parlaq xarakterinə görə sevir Holly.
Güzgünün qarşısında dayanıb, parlaq, yumru sırğalarını taxdı və geriyə çönüb Fredə gülümsədi.
Heyrətlənmiş halda təkrar etdi Fred:
-Hə əzizim,həqiqətən illər sonra belə heyrətamizsən.
Bir neçə dəqiqə sonra binadan çıxıb, yolun kənarında dayanan taksiyə əyləşdilər...
Böyük hərflərlə üzərində " Tiffany & Co. "yazılan qapının önündə dayandılar.
Bir-birinə baxıb gülümsədilər və qapıdan içəri keçdilər. Holly möhtəşəm jazz sədaları altında ətrafda dolanmağa başladı.
-Ah, aman tanrım Holly! Yenə əvvəlki kimi bütün diqqəti üzərinə çəkməyi bacarırsan əzizim-Deyə həyəcanla danışmağa başlayan sarışın və gözəl geyimli bir qadın Holly-ə yaxınlaşdı-
-Cindy! Yenə öz tərzinə geri dönübsən. Çox gözəl görünürsən.-Deyib, gülümsədi.
-Bu yaxınlarda eşitdiyimə görə özünü o qədər də yaxşı hiss etmirdin əzizim. İndi burda olmağın isə böyük sevincdir.Danış mənə, nə baş vermişdi?
(Holly) - Mən sadəcə özümü çox yorğun hiss edirdim.
(Cindy) -Fred deyəsən sənin yanından heç ayrılmır hə- deyə barmağıyla kənarda kişilərlə söhbət edən Fredi işarə edib, göz vurdu.
(Holly) -Aman Allah, Cindy! Sən çox sözbazsan. Mən sadəcə köhnə vaxtlardan ötrü darıxıram, Fred isə, o olduğu kimi də qalır.
(Cindy) -Anladım əzizim. Ancaq sən mənə danış görüm, bu qonaqlığı təşkil etmələri üçün xanım Green-i razı salan sənmisən? Nəyə lazımdır bu həngamə? Bura bir bax, lap köhnə vaxtlara qayıtmışıq. Səbəbsiz deyil ki, hamı sənə retro qadın deyir.
(Holly) -Ax, onlar boş-boş danışırlar. Retro olmağım mənə xoşdur. Mən bu söhbətlərdən çox sıxılıram Cindy. Gəl gedək, qonaqlarla söhbət edək, sonra bizim qeybətlə məşğul olduğumuzu düşünəcəklər.
Beləcə, qonaqların arasıyla gəzinib, hamıyla söhbət etdilər. Sadəcə indi Holly Golightly özünü doğma mühitində hiss edirdi. Uzun siqaret tutacağının ucundakı siqaretini alışdırıb, ətrafa nəzər saldı. Ömrünün sadəcə gənclik dövrü bu mühitlərdə olmaq imkanına sahib olmuşdu. Uşaqlığı isə kiçik bir kənddə atasız və çətinliklərlə keçmişdi.
(Bob)-Holly!-Cənab Green şən halda dedi. İri addımlarla Holly-ə yaxınlaşdı- Sən həmişəkindən möhtəşəm görünürsən! Aman Allah, sən lap əsl leydi olmusan ki. İşə bax! hahaha əzizim.
Holly mehribanlıqla qucaqladığı bu adamı həqiqətən öz atası qədər sevirdi.
(Bob)-Əzizim, xanım Green səni görmək istəyir.
-Aha, mənim də onunla danışacaq o qədər mövzum var ki!
Elə bu anda Fred onlara yaxınlaşıb, mehribanlıqla cənab Green-i salamladı.
(Holly)-Mən xanım Green-lə söhbətləşməyə gedirəm, siz isə əylənin.-Deyib ikisinə də gülümsəyib oradan uzaqlaşdı.
(Bob)-Əfsanə qadındır-Deyə Cənab Green söhbətə başladı- Bilirsən mi, Fred mən ona rast gələndə o sadə bir kəndli qızı idi. Hətta düzgün ləhcəylə belə danışa bilmirdi. Mən onu fransız dilini öyrənməyə məcbur etdim. Fransız dilini öyrənə isə ingilis dili lap uşaq oyuncağıdır. İndi bir bax, necə də gözəl və səlist danışır.
(Fred)-Elədir. Bilirsiniz mi, mənə Fred adını da o qoyub. Əslində adım Paul Varjakdır. Sadəcə o mənə Fred deməyi sevir. Deyir ki, qardaşının adıdır və onu 16 yaşından bəri görmür. Mənə başa salın, cənab Green axı necə bu qadının sözündən çıxa bilərdim ki?
(Bob)-Sənin günahın yoxdur dostum, Holly ətrafındakı hamıyla oynamağı sevən şıltaq bir qadındır. Bəlkə də onu bu qədər cəlb edici edən elə bu xüsusiyyətidir. Mənə danış görək, sən nə işlə məşğulsan?
(Fred)-Mən yazıçıyam cənab-Deyə sözə başlayacaqdı ki, Holly onun sözünü yarımçıq qoydu
-Hə o elə maraqlı yazır ki, Bob sən onu mütləq məhşur etməlisən!
(Bob)- Haha əzizim icazə ver bu haqda cənab Varjakla mən özüm danışım...
Saat gecə yarısına az qalırdı. Tiffanidə musiqi sədaları kəsilmirdi. İçəridə kənar aləmdən tamamilə fərqli bir dünya var idi.
Qonşu binalardakı evlərdən birində, kiminsə uşağı yatmaq bilmirdi. Səbəb isə yan binadakı qonaqlığın səsi idi. Uşağını yatırtmağa çalışan qadın söylənə-söylənə qonaq otağına keçdi. Əsəbi halda telefon dəstəyini qaldırıb polisə zəng vurdu. Fransız dilində nəsə danışıb, dəstəyi asdı...
Saat gec olmağa başlasa da Tiffanidə səhər yeməyi davam edirdi.
Fred ortalıqda narahat halda dolaşırdı. Pəncərədən baxıb, gələn polisləri gördü. Cəld Holly-ni axtarmağa başladı. Köhnə rəfiqəsi Cindy ilə başı söhbətə qarışmış Holly, həyəcanla onlara tərəf gələn Fredi görüb təəccübləndi.
-Nolub Fred? Narahat görünürsən.
-Polislər gəlib Holly. Yəqin ki, kimsə şikayət edib. Musiqini bu qədər yüksək qurmamalı olduğumuzu bilirdim. Getsək yaxşıdır.
-Fred sən çox həyəcanlısan. Hər şeyi ürəyinə bu qədər salmasan yaxşı olardı. Biz ki burda cinayət törətmirik.Eh, yaxşı.Sən deyən olsun gedək...
Artıq gecə yarısını çoxdan ötmüşdü. Fred çap maşının qarşısında əyləşib, yarımçıq hekayəsinin davamını yazırdı: "Onun adsız bir pişiyi vardı. Özünə söz vermişdi ki, varlı bir ər tapan kimi ona bir ad qoyacaq"
Başı öz yazısına qarışmış halda çap maşının üstünə əyilmişdi. Bu gün olanlar haqda düşünüb, əl saxladı. Elə bu anda çöldən gələn musiqi sədalarını eşitdi. Təəccüblə ayağa qalxıb, pəncərəyə tərəf yaxınlaşdı. Holly öz balaca balkonunda oturub, gitarda"Moon river" çalırdı. Onun gözəl səsi və görkəmi qarşısında heyranlıqla onu izləməyə başladı...
Hiç yorum yok:
Yorum Gönder