Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar
vəqarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış
məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq
yuxusunda idi. Qəribəbir bürkü var idi. Bu şəhərin yuxusunda qəribəbir hürkü
var idi. Bu şəhər gündüzləri bərbəzəkləbəzənən, süslənən, daranan, gecələri
isəbütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyanəsl simalarında eybəcər
olan gözəlçələrəbənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan
gölməçələrəbənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi.
Amma cəsarətli bir kəs addım səsləri iləbu sükutu pozdu. Qara libasına bürünmüş
bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer iləsürünür,
sanki bütün zülməti özü ilədartıb aparırdı. Yavaşca məscidin qapısını açdı.
Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu
sevinc “ah”ı bir an içindəqəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma
bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan
seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan
idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnəminbərəbaxdı. Bu mənzərəonu dəhşətəgətirdi. Sonuncu dəfəməscidəgirəndəyüzlərləminlərləmüsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış vəüç gün özünəgələbilməmişdi. İndi isəboş məscidəbaxır vəyazığı gəlirdi. Düşmənlərinəyazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyətutdu vədiz çökdü.O özü dəbilmirdi nəedirdi. Amma əlacı yox idi. Əllərini açdı vəduasına başladı.
“Bismilləhirrahmənirrahim”
“Ey uca vəqüdrətli Allah, sənədua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necədarıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənəetdiyim ibadətlər yadıma düşür. Mən sənəhər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Vəmən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. MənəCəhənnəmi qismət etdin. Yox,mən tövbəetməyəgəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününəkimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən dəmənəvaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isəheç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənəheç ehtiyacları yoxdur. Məni dəüzən,kədərləndirən eləbudur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işəyaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isəhəyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən dəonları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer iləsürünərək qaranlığa qarışdı vəqara libaslı yad zülmətdəyox oldu.
QaraQan
Hiç yorum yok:
Yorum Gönder