O , uca
binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında
ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi.
Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər
Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o
inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “
Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”.
Lakin Əli
ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını
çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının
üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman
çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar.
Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib
danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin dəhəyatı ola bilməzdi.
Çantasını
qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar
nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircəaddım ayırırdı.
Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir
qaraltı gördü.
Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli
bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi. Qız Ayseli görüb bir
addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız..
Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “özünü
atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi,
fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü
öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç
görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa
hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız
..O qız..!!
Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı:
- Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada
da insanlar mənə mane olur ?!!!
Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək
istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona
görə soruşdu:
- Sən niyə özünü öldürmək istəyirsən ?
Qız Ayselə tərs-tərs baxıb dedi :
-
Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm.
Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm.
Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi!
Belə təsadüf ola bilməz. Aysel dedi :
- Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb.
Qız ona diqqətlə baxıb ağzı açılı qaldı:
- Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da
mənim Əlim.
Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı.
- Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama?
Qız əlini üzünə tutub ağlamağa başladı.
- Biz Əli ilə həmişə bu dama çıxardıq. O
mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu
sözləri deyib qız bir addım da kənara yaxınlaşdı.
Onda Aysel qızın əlindən tutub onu geri çəkdi:
- Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan?
Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü.
Sakitcə dedi:
- Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var
idi- Fırtına. Mənə də mahnı yazmışdı, “Leyla”…mənim adım Leyladır. O
həmişə mənə bu mahnını oxuyardı.
Ayselin gözləri doldu:
- Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma
Leyla mahnısını heç kimə yazmayıb.
Leyla dedi:
- Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü
öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir.
Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq.
Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir
vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi.
- Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu
yola salışdım.
Leyla kinayə ilə gülümsədi :
- Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb.
Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə- biləki, onun nişanlısı var
yenə də onunla gəzirdin ?
Aysel dedi :
- Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı.
Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ?
Leyla:
- Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək
günləri işə gedəri.
Aysel :
- Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt
günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim
ikimizi də aldadırdı.
Leyla :
- Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı
“Aysel” . Sənin adın nədi ?
Aysel başı ilə təsdiqlədi. Leyla dedi :
- Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona
görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki,
evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı.
Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı:
- Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları
aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan
odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri
idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu
sənə..Məni oyuncaq kimi oynadırdın.
Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik
sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona
layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını
silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi:
- Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil !
Sonra
çantasını götürüb yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri
getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra
Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi.
- Alo
- Alo Nərgiz , haradasan, qızım ?
- Damdayam, ata . Binamızın damında.
- Nə edirsən orada ? Düş gəl evə .
- Heç , quşlara baxırdım. İndi gəlirəm.
Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu
mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda
evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında
oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar
Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən
televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu
dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir
nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar
da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi.
Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli
güclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi.
Alınana qədər. Bu nağıldan sonra isə o bir də özünü öldürmək istəməz.
O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək.
Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq.
Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək
daha yaxşıdır ?
Bilmirəm.
Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən
də yaxın olur.
QaraQan
Hiç yorum yok:
Yorum Gönder