“Utanırdım ondan…Onun temizliyi və gözəlliyindən…
“Bakı meqapolisə çevrilir.Və Bakının insanları cılızlaşır bununla..
“Bakıda iki cür insan var:Heçnə etməyib hər şeyi olanlar,hər şey edib heçnəyi olmayanlar…
Bu kitab müasir Azərbaycan ədəbiyyatında oxunma sayına görə bütün rekərdları alt-üst etdi.Tez bir zamanda ədəbi bir hadisəyə çevrildi və mənim “çox kitab oxuyan” ölkəm üçün bu heçdə adi hal deyil.Bəlkə də buna görə bu roman haqqında yazmağı qərara aldım.Əslində isə hiss etdirəm ki,bu roman çoxlarında qəribə bir qısqanclıq yaradıb.Çünki 19 yaşında “A” romanı ilə böyük uğur qazanan da hamı təəccüblənmiş və bunun heçdə uzun ömürlü olmayacağını demişdilər.Amma indi baxıb görürlər ki,artıq Qaraqanın 4-cü romanını yazır və yenə oxunur.Özüdə rekordları qıraraq.Əgər bundan öncəki romanlar oxuyucuya təsir edə bilməsəydi elə uğur birinci romanda qalardı. İndi isə bir az roman haqqında… Kitab kifayət qədər sadə dillə yazılıb.Yəni bu kitabı oxuyan hər kəs bir şeylər anlaya bilər.Bəlkə də buna görə uğur qazanır Qaraqan.Oxuyucunu yormur,kütləsi əsasən gənclər olduğu üçün onların dilini,nəyi necə anladıqlarını yaxşı bilir.Qaraqan :
-Bu roman məncə Azərbaycanın güzgüsu olacaq bir romandır.Çünki bu ölkə,bu cəmiyyət çoxdandır özünü güzgüdə görmür.Bəlkə buna görə gün keçdikcə daha çox kiçilir,pulu artdıqca daha çox kasiblaşır,göydələnləri ucaldıqca daha çox alçalır.Məmurları qudurur,cəmiyyəti daha çox vəhşiləşir.Daha ən müqəddəs olanlar belə müqəddəs deyil.Mələklər belə…Və təsüvvür edin bir gün qanadı yaralı Mələk bu insanların əlinə düşür.Bu bütün ilahı dəyərləri unutmuş insanların əlinə.Pula hər şeyi ala biləcəyini düşünən yekəqarınların,qanunu çoxdan unutmus qanunsuz keşikçilərin və minlərlə bunlar kimi vəhşilərin.Və siz heç bir köməyi olmayan adi bir insansız.Amma o Mələyi çox sevirsiz.Mələyi sevmək,hmm…
Sizcə xilas ola biləcəkmi,Mələk yaralı qanadı çirpıb uça biləcəkmi?
“Utanırdım ondan…Onun temizliyi və gözəlliyindən…
“Bakı meqapolisə çevrilir.Və Bakının insanları cılızlaşır bununla..
“Bakıda iki cür insan var:Heçnə etməyib hər şeyi olanlar,hər şey edib heçnəyi olmayanlar…
“Onlar xostbextdirler.Öz mənasız və səviyyesiz verlişləri,musiqiləri,toylari və yaslari,qızılları ve mersedesleri ilə həqiqətən xostbəxtdirlər…
“Dogurdan da qəribedir,kiməsə yaxşı olan şeylər basqasina pis olur.Burda ilahi bir nizam var sanki…
“O qoca mollaya diqqətlə baxdı ve pıçıttı ile dedi:Meleyi zorlayırlar sizde şam tutursuz!”
QEYD:Bu yazıda kitab haqqında uzun məlumat vermək istəmədim.Məncə adını yazmaq istəmədəyim sizin məndən də daha yaxşı bildiyiniz yüzlərlə mənasız yerlərə xərclədiyiniz pulu yüzdə birini kitaba xərcləyə bilərsiz.Əgər regionlarda ya xarici ölkədə yaşayırsanızsa bu linkə daxıl olub kitabı sifariş edə bilərsiz.(http://www.alinino.az/az/book.php?id=5504)
Hiç yorum yok:
Yorum Gönder