Heey. Salam ^_^

Heey. Salam ^_^

28.10.2014

Həyat hekayəsi





Telefonun səsindən yuxudan ayıldı. Zəng eliyən anası idi. Hər səhər olduğu kimi bugün də onu yuxudan ayıldırdı...
Elçin 18 yaşında 2ci kurs tələbəsi gənc oglan idi. Özü uzaq rayondan olmağına baxmayaraq universitetə Bakıda girmək istiyirdi. Onun bu arzusu baş tutmuşdu amma sevinci və həyacanl o qədər də çox çəkməmişdi. İlk semestirdən hamını tanımış, burdan soyumuşdu. Universitetə yaxın bir ev kirayə götürmüş, balaca qutu kimi evdə tək yaşayırdı. Gündüzlər universitetə gedir, kitabxanaları gəzir, gecələr isə evdə yada damda oturub siqret çəkir, hekayə yazırdı. Amma uzun müddət idiki heçnə yaza bilmirdi....
.... Bugün də digərləri kimi eyni olacaqdı. Unidə heçkimlə salam sağol eləmiyib evə qayıtmaq istiyirdi...
Dərsdən çıxıb sürətli addımlarla evə yola düşdü. Evə getmək istiyərkən bir anda duruxdu telefonu çıxardıb ayın tarixinə baxdı. Üzü gərginləşdi. Bu gün aysonu idi. Kirayəçisi yəqinki səhərdən qapının ağzındaydı. Ailəsi bu ay kirayə pulunu biraz çox gecikdirəcəkdilər. Evə getmək olmazdı...
Qarşısına çıxan birinci kafeyə girib stolu çəkib oturdu. Afisantdan bir kofe istədi. Dalğın baxışlarıyla sağı solu incələdi. Gözləri qarşıdakı masaya ilişib qaldı. Uzun qəhvəyi saçlı bir qız. Başını önə əyib kitab oxuyurdu saçları üzünə tökülmüşdü. Pəncərədən içəri sızan gün işığı qızın saçlarını parıldadırdı. Nəfəs almadan bir müddət bu mənzərəni izlədi. Canlı rəsim kimiydi hərşey. Sonra afisantın gəlişiylə sehr pozuldu. Kofeni götürüb təşəkkür etdi...
Səhəri gün dərsdən çıxanda evə yola düşdü. Dünənki mənzərə artıq yaddan çıxmışdı. Dalğın yeriyərkən dünənki kafenin qabağında dayandı. İçəri keçib həmin yerdə oturdu, qızda ordaydı. O adətən heçkəsi bəyənməz, dostluq qurmaq istəməsədə bu qızla tanış olmaq istiyirdi, əmin idiki belə gözəl qızın mütləq bir "xarabı" olacaqdı. Fikrinə əmin olmaqçün qızın masasına yaxınlaşdı:
-Salam, bağışlıyın olarmı oturum?
+Salam... mm əlbətdə buyurun
-təşəkkürlər, nə oxuyursuz?
+ roman,
- nədən bəhs eliyir?
+ həyat hekayəsidi .
- bilirsiz məndə romanları çox sevirəm
+eləmi? Hansıları məsələn?
- Çərpələng uçuran, norveç meşəsi, kimyagər, cinayət və cəza...
+bəzilərini oxumuşam....
Bir müddət sonra söhbət uzandıqca uzandı. Saat gec idi:
-Getməliyəm   
-sənlə danışmaq çox xoş idi
+sənlədə
Bundan sonra bir həftə hərgün o kafeyə getdi. Qız ona ilham verirdi . Bütün işləri yoluna düşmüşdü.
Bazar günü sözləşdiyi kimi  kafeyə qızın yanına gəldi.  Qızı həmişəki yerində görüb sevindi. Üzündə təbəssüm yaxınlaşıb əyləşdi. Nədənsə qız həmişə ondan qabaq burda olurdu.
-nə mədəni qızdır, görüşə gecikmir) deyə düsünüb öz özünə gülümsədi....
Söhbət edirdilər amma oglan onu hec dinləmirdi. O qədər heyran idiki o qıza. Anidən nəsə yadına düşübmüş kimi duruxub qızın sözünü kəsdi.
-aysel
+bəli
-bilirsən səninlə danışmaq, hmm necə deyim mənim çox problemim var idi amma sən sənn, hmm.
+)
-aysel
+eşidirəm)
-Səni sevirəm... İstiyirəm sevgilim olasan
Qızın üz ifadəsi anidən dəyişdi. Sanki saniyələr içində üzü qocalmış kimi boynunu əyib gözünü əllərinə dikdi. Elcin bunu gözləmirdi. Duruxdu
  axı hərşey yaxşı idi.
-aysel bir söz demiyəcəksən??
+hmm mm elçin bilirsən, mənn mənn... heçnə deyə bilmərəm.
-necə yəni? Axı bizdə hərşey çox yaxşıdı niyədə olmasın axı??
+bağışla elçin amma yox
Həyatında ilk dəfə sevib etiraf etdiyi qızdan rədd cavabı almışdı. Anidən masadan qalxıb sürətlə kafedən çıxdı iri addımlarla evə tərəf yeridi. Öz-özünə deyinirdi:
-yox?? Necə yəni yox. Olmaz. Səbəbi olmalıdı axı. 100% sevgilisi var. Hə hə sevgilisi var, hə bəs mənlə niyə danışırdıne??. İndiki qızlar hamısı bir deyilmi. 3günlük macəra axtarıllar ciddi birşey olduğunu hiss eliyən kimi qaçıllar. Ehh agılsız başım. 😒
Evə çatmağa az qalmışdı. Əlini cibinə atanda telefonunu tapa bilmədi. Yadına düşdü, axı kafedən dalğın halda çıxmışdı. Tez qaçaraq geriyə qayıtdı...
Çatanda qız hələdə orda oturmuşdu. Bir anlıq qapının ağzında duruxdu. Axırda qərara gəldiki qız masadan qalxıb gedəndən sonra telefonu götürsün.
Yan masadan bir qadın qalxıb qıza yaxınlaşdı. Oğlan duruxdu, qadının əlində əlil arabası varidi. Qızı qucağına alıb arabaya əyləşdirdi. Hə deməli buna görə həmişə kafedə görüşməli olurdular və həmişə otururdu...
...Bunla başa çıxa biləcəyini düşünmədi və sürətlə arxasını dönüb uzaqlaşdı...

Hiç yorum yok: